Vüsalə ikinci dəfə ərə getdi

Vüsalə ikinci dəfə ərə getdi
MAQAZİN
01:16 31.12.2016
9927
 Müğənni Vüsalə Rəcova ailə qurub.

AZXEBER.COM-un Axşam.az-a istinadən məlumatına görə, ifaçı bu haqda "10-dan sonra” verilişində deyib. O bildirib ki, 2016-cı il onun üçün ən yaddaqalan il olub: "Bu il mənim üçün adi keçmədi. Şəxsi həyatımda böyük iz qoydu. Çox sevdiyim insanla ailə qurdum. Özümü çox xoşbəxt hiss edirəm. Bunu heç yerdə demədim, gündəmə gətirmək istəmədim. Mənası yoxdur. Başqaları birinci İnstaqramda paylaşır, nəyə lazımdır? Allah hamıya ailə qismət etsin”.

Qeyd edək ki, V.Rəcovanın ilk evliliyindən bir övladı var.

OXŞAR XƏBƏRLƏR