Vüsalə Mahirqızı: "Bizdə heç bir yazara senzura, məhdudiyyət yoxdur”

Vüsalə Mahirqızı: "Bizdə heç bir yazara senzura, məhdudiyyət yoxdur”
MEDİA
14:51 19.08.2011
4361
Avqustun 18-də “İrəli” İctimai Birliyi Media Akademiyası layihəsinin tələbələri APA agentliyinin qonağı olublar.AZXEBER.COM-un məlumatına görə, gənc jurnalistlər agentliyin baş direktoru Vüsalə Mahirqızı ilə görüşüblər. V. Mahirqızı Media Akademiyasının üzvlərinə APA-nın yaranma tarixi, strukturu, iş prinsipləri, xəbərin hazırlanması formaları, informasiyanın cəmiyyətə çatdırılmasında müasir texnologiyaların tətbiqi, agentlik çərçivəsində reallaşdırılan layihələr, gələcək planlar barədə geniş məlumat verib.APA-nın Azərbaycanın ən yeni mətbuat tarixində bir sıra ilklərə imza atdığını deyən Vüsalə Mahirqızı bu prosesin davam edəcəyini vurğulayıb.Vüsalə Mahirqızı yeni layihələri olan kulis.az haqda da tələbə-jurnalistlərə məlumat verib: “Əminəm ki, Azərbaycanda Nobel mükafatını ala biləcək səviyyədə yazarlar var. Biz də düşündük ki, bu cür gəncləri bir araya gətirmək, bir ocaq yaratmaq lazımdır. “Kulis.az”ı da məhz bu məqsədlə yaratdıq. Hesab edirəm ki, “kulis.az” layihəsi uğurlu alınıb. Bu saytda biz yeni ədəbiyyat nümunələrini, tərcümələri və s. nəşr etdiririk. Özünə güvənən hər kəsə kulis.az-da meydan veririk. Bizdə heç bir yazara senzura, məhdudiyyət yoxdur”.APA-nın baş direktoru gələcək planları haqda da danışıb: “Biz internet televiziya yaratmağı düşünürük. Sadəcə bu televiziya ənənəvi televiziyalardan fərqli olmalıdır. Onsuzda insanlar şou verilişlərini televiziyalarda izləyirlər. İnternet televiziyalar daha çox canlı yayımlar gerçəkləşdirməlidir. Əgər belə olsa əminəm ki, hər kəs internet televiziyaları izləyəcək”.Sonda Vüsalə xanım tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onları peşəkar jurnalist kimi görmək istədiyini deyib. “İrəli” Media Akademiyası layihəsinin rəhbəri Hacıbəy Heydərli də öz növbəsində səmimi görüşə görə Vüsalə xanıma təşəkkür edib.Xatırladaq ki, Media Akademiya alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən “İRadio”da, “İRƏLİ Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib