Vüsalə Səid ittihamlara cavab verdi - AÇIQLAMA

Vüsalə Səid ittihamlara cavab verdi - AÇIQLAMA
MAQAZİN
23:54 29.01.2019
11048

Türkiyə Respublikasında  70-ci illərin məşhur jurnalları – "Səs” və "Həyat” tərəfindən həyata keçirilən, Sinemanın kral ve kraliçasını seçən ARTİZ yarışması bir çox  gənc aktyor və aktirisanı milyonların arasından kəşf edib Türkiyənin  kino industriyasına – YEŞİLÇAM-a qazandırmışdır.” 


Bu sözləri AZXEBER.COM-a açıqlamasında teleaparıcı Vüsalə Səid deyib.

 

O bildirib ki, 2017-ci ildən bərpa edilərək hazırda  "Sinemanın kral ve kraliçesi yarışması”  adı altında həyata keçirilən həmin layihənin məqsədi Türkiyənin kino və  serial sektoruna yeni simalar və yeni istedadlar qazandırmaqdan ibarətdir:

"”Zamanında "Yeşilçam”a Türkan Şoraylar, Tarık Alkanlar, Fatma Giriklər, Cüneyt  Arkınlar, Hülya Koçyigitlər və digər dəyərli aktyor və aktrisalar qazandıran "Sinemanın kral ve kraliçesi” yarışması bu gün də gənc istedadları özünün intibah dövrünü yaşayan türk film  sektoruna tanıdır, onların  yetişməsində əvəzsiz rol oynayır.  Minlərlə gəncin arzusunda olduğu bir dünyanın – kino sənayesinin sıralarına qatılmaqla xəyalları gerçəkləşdirmək,  türk və dünya kinosunun parlayan ulduzuna çevrilmək  şansı  ötən ildən başlayaraq Azərbaycan gəncləri üçün də yaradılmışdır. 


Vüsalə Səidin dediyinə görə, 2018-ci ildə "Sinemanın kral ve kraliçesi yarışması” idarə heyəti  tərəfindən Azərbaycan üzrə təmsilçilik hüququ bilavasitə ona həvalə olunmuşdur.

 

Təşkilat komitəsinin layihə ilə bağlı açıqlamasını təqdim edirik:


Məlumat üçün bildiririk ki, seçimlərə qatılmaq üçün nəzərdə tutulmuş şərtlər "Sinemanın kral ve kraliçesi yarışması”-nın idarə heyəti tərəfindən tərtib olunmuş, yarışmanın rəsmi internet səhifəsi olan sinemaninkralvekralicesi.com –da açıq-aydın qeyd olunmuşdur. Layihədə iştirak haqqı "Sinemanın kral ve kraliçesi yarışması”-nın  rəhbərliyi tərəfindən 150 Türkiyə Lirəsi  təyin edilmişdir və rəsmi sənədlərdə göstərildiyi kimi Engelsiz Yaşam Vakfı işbirliyi ilə TÜRKİYE HARP MALULU GAZİLER ŞEHİT ve DUL YETİMLERİ DERNEĞİ yararına keçirilmişdir. 


Yarışmaya qatılmaq üçün  qeydiyyat birbaşa rəsmi internet səhifəsindən aparılmışdır.


2018-ci ilin yanvar ayında "Pullman Hotels and Resorts”də "Sinemanın kral ve kraliçesi” adlı yarışmanın Azərbaycan seçiminin yekun gecəsi keçirilib. "Sinemanın  Kral və Kraliçesi: 2-ci Sinema Güzeli Yarışması” layihəsində paytaxt Bakı və bir çox regionlardan 14 qız və 30 oğlan iştirak edib. 


Azərbaycanı Türkiyədə keçirilən finalda təmsil edəcək qalibləri seçmək üçün münsiflər heyətinin tərkibinə Azərbaycan və Türkiyənin tanınmış mədəniyyət və incəsənət xadimləri daxil olublar. 


Layihənin rəhbəri, təşkilat komitəsinin sədri Atilla Kaplakarslan, əfsanəvi aktyorlar Salih Güney və Tamer Karadağlı, tanınmış rejissor Avni Kütükoğlu, kino ulduzları Ceren Kaplakarslan və Vilma Elles, eləcə də "Bonne Vie” jurnalının  rəhbəri, jurnalist Hakan Solaker bu məqsədlə xüsusi olaraq Bakıya gəliblər. Layihənin Azərbaycan üzrə rəhbəri, teleaparıcı Vüsalə Səid Əyyubqızı, əməkdar aktrisa, İstanbul şəhər bələdiyyəsi yanında şəhər teatrlarının bədii rəhbərinin müavini Məlahət Abbasova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova ölkəmizi layihədə təmsil ediblər. Əməkdar incəsənət xadimi, rəssam-modelyer Fəxriyyə Xələfova, Şəms Tərcümə Xidmətləri Mərkəzi, Chic-Chic Beauty Salon, layihəyə təşkilati dəstək vermişlər. Layihənin tanıdılması missiyasını Misson PR Group öz üzərinə götürmüşdür.

 

Layihənin informasiya dəstəyi Apa Holding, Trend İA, Kaspi, Lent.az, Milli.az, Day.az, Bakupost.az, Gununsesi.info və digərləri tərəfindən göstərilmişdir. Layihə barəsində  Xəzər TV, ARB, Azad Azərbaycan MTRK, MuzTV kanallarında süjetlər yayımlanmışdır. "Sinemanın  Kral və Kraliçesi yarışması”nın  təşkilatçısı Atilla Kaplakarslanın rəhbərlik etdiyi münsiflər, eləcə də Azərbaycan nümayəndəliyinin səs verdiyi gənclər arasından sonda 1 qız və 1 oğlan seçilməli olduğu halda iştirakçıların  istedad və bacarıqları nəzərə alınıb 5 nəfər finala vəsiqə qazanıblar.   Bu beş nəfərdən ikisi – Orxan Lütfipur və Nərmin Seyidova layihənin beynəlxalq  səviyyəsi nəzərə alınaraq ehtiyat yarışmaçı kimi seçilmişdir.  

 

Daha bir yarışmaçı,  Pərvin Həsənzadə isə "Miss Fashion” yarışında iştirak etmək hüququ qazanmışdır. "Miss Union-2017”  Beynalxalq gözəllik müsabiqəsinin qalibi Səhər Əkbər və Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsi Pərviz Musayev Azərbaycanı Türkiyədə keçiriləcək finalda təmsil etmək hüququ əldə ediblər. Lakin, Qalaya  bir həftə qalmış (Qalada iştirak üçün bilet alınmasına baxmayaraq) şəxsi səbəbləri  əsas gətirərək Səhər Əkbər Türkiyəyə getməkdən imtina etmişdir.

 

Səhər Əkbərin əvəzinə  finala Nərmin Seyidova getmək imkanı qazandığı halda o da ölkə daxilində olmamış və yarışmanın şərtlərinə əməl etməmişdir. Yekun qərara görə yarışmanın finalına "Miss Fashion” seçilən Pərvin Həsənzadə və Pərviz Musayev qatılmışdır. Türkiyədə həyata keçirilən  seçimlərin ardından, 28 mart 2018-ci il tarixdən Azərbaycan nümayəndələri də daxil olmaqla 14 qız və 14 oğlan onlar üçün yardılan düşərgədə qalaraq təlimlərə cəlb ediliblər. Burada onların hər bir finalçıya  intensiv aktyorluq dərsləri keçirilib, hər bir iştirakçı müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlimlərə cəlb ediliblər.

 

Türkiyədə "Vizyon Production”, "Bonart Ajans” ve "Bonne Vie” jurnalının iş birliyi ilə "Wow İstanbul Hotel & Convention Center”də 4 aprel 2018-ci il tarixdə  gerçəkləşdirilən final gecəsində isə 28 finalçının içərisindən 1 qız və 1 oğlan sinemanın kral və kraliçası adına layiq görülüblər. Münsiflərin səs çoxluğu ilə  Türkiyədə Aslı Can "Kraliça”, Can Altıntaş isə "Kral” seçiliblər.

 

Qeyd olunmalıdır ki, son günlər Azərbaycanda "Sinemanın kral və kraliçesi yarışması”na, xüsusən də  layihənin  Azərbaycan üzrə təmsilçisi olan Vüsalə Səid Əyyubqızına qarşı   heç bir əsası olmayan, ləkələyici və  təhqiredici məlumatlar yayılmaqdadır. "Sinemanın kral və kraliçesi” yarışmasına  qarşı ölkəmizdə qara piarın aparılmasına rəvac verən amil layihənin münsiflər heyətində yer alan, İstanbul şəhər bələdiyyəsi yanında şəhər teatrlarının bədii rəhbərinin müavini Məlahət Abbasovanın  sosial şəbəkə vasitəsi ilə  şəxsi görüşlərini  ehtiva edən açıqlamaları olmuşdur. Məlahət Abbasovanın şəxsi təəssüratları, əsaslandırılmamış və ehtimallar üzərində qurulmuş fikirlərindən istifadə edərək "Sinemanın kral və kraliçesi” yarışmasını və layihənin Azərbaycan təmsilçisini qaralamağa çalışan  bəzi insanlar kütləvi informasiya vasitələrində böhtan dolu məlumatlar yaymaqdadırlar. Bununla bərabər, bu müsabiqənin bütün hüquqlarının onlarda olduğunu iddia edən şəxlər layihənin düzgünlüyünü və ədalətli keçiriləcəyini şübhə altına almaqla "Sinemanın kral və kraliçesi” yarışmasının Azərbaycanda  gerçəkləşdirməsinə mane olmağa çalışırlar. Halbuki, əks tərəfin   həyata keçirmək istədiyi yarışmanın  "Sinemanın kral və kraliçesi”-nə heç bir aidiyyəti yoxdur. "Sinemanın kral və kraliçesi” ənənəvi olaraq,  düzgünlük və qərəzsizlik kriteriyalarını gözləməklə yarışmanı keçirmək fikrindədir.


"Sinemanın kral və kraliçesi” yarışmasının nüfuzunu hədəf alan, xüsusən də  Hüseynova Vüsalə Əyyub qızı (Vüsalə Səid Əyyubqızı) barəsində şərəf və ləyaqətini alçaldan, təhqiredici məlumatlar paylaşan şəxslər və saytlar barəsində mülki və cinayət mühakimə icraatında iddialar və şikayətlər müvafıq məhkəmələrə təqdim ediləcəkdir.


Sonda onu da bildirək ki, bu il keçiriləcək 3-cü "Sinemanın kral və kraliçesi” yarışmasının Azərbaycan seçimlərində bütün səlahiyyət  yenidən  Vüsalə Səid Əyyubqızına verilmişdir. Müsabiqədə iştirak etmək istəyən gənclər, "sinemaninkralvekralicesi.com” saytına daxil olub "başvuru formu” düyməsini klikləyərək Azərbaycan bölümündə qeydiyyatdan keçməklə yarışmaya qatıla bilərlər. Qeydiyyatın son tarixi 10 fevral 2019-cu ildir.

Türkiyənin film sektorunun öndə gələn isimlərinin qarşısında öz  istedadını göstərməyə imkan yaradan "Sinemanın kralı və kraliçası” özünə güvənən gənclər üçün bir fürsətdir. Yarışmanın  müvafiq şərtlərinə uyğun gələn, özünə güvənən hər bir gənc bu fürsətdən yararlanıb türk kino aləminə ilk uğurlu addımlarını ata bilər.  

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda ana və azyaşlı oğlunu maşın vurdu - Biri komadadır
20:20 18.03.2025
Sumqayıtda ana və azyaşlı oğlunu maşın vurdu - Biri komadadır
İftar vaxtı – 19 mart 2025: Ramazanın 19-cu günü
20:08 18.03.2025
İftar vaxtı – 19 mart 2025: Ramazanın 19-cu günü
Putin: Rusiya şirkətlərinə və fiziki şəxslərə qarşı 28 595 sanksiya tətbiq edilib
19:54 18.03.2025
Putin: Rusiya şirkətlərinə və fiziki şəxslərə qarşı 28 595 sanksiya tətbiq edilib
Tacikistan parlamenti Qırğızıstanla sazişi ratifikasiya edib
19:41 18.03.2025
Tacikistan parlamenti Qırğızıstanla sazişi ratifikasiya edib
"Kimsə məni bəyənmirsə, bu həmin adamın problemidir" - Kərim
19:30 18.03.2025
"Kimsə məni bəyənmirsə, bu həmin adamın problemidir" - Kərim
HƏMAS kompromisə getməyəcəyini bəyan edib
19:19 18.03.2025
HƏMAS kompromisə getməyəcəyini bəyan edib
Rusiyalı hokkeyçi anasını tarixin ən yaxşı qadın idmançısı adlandırıb
19:10 18.03.2025
Rusiyalı hokkeyçi anasını tarixin ən yaxşı qadın idmançısı adlandırıb
Ermənistanın ədliyyə naziri: Yeni Konstitusiya sülh və təhlükəsizliyə töhfə verməlidir
18:58 18.03.2025
Ermənistanın ədliyyə naziri: Yeni Konstitusiya sülh və təhlükəsizliyə töhfə verməlidir
XİN rəhbəri: Ukrayna bu il müharibəni bitirmək istəyir
18:46 18.03.2025
XİN rəhbəri: Ukrayna bu il müharibəni bitirmək istəyir
Suqovuşanda məscid istifadəyə verildi - FOTOLAR
18:41 18.03.2025
Suqovuşanda məscid istifadəyə verildi - FOTOLAR
"Milan"ın müdafiəçisi cari mövsümün sonunda klubu tərk edə bilər
18:35 18.03.2025
"Milan"ın müdafiəçisi cari mövsümün sonunda klubu tərk edə bilər
Gələn il "Oskar" mükafatının veriləcəyi tarix açıqlandı
18:21 18.03.2025
Gələn il "Oskar" mükafatının veriləcəyi tarix açıqlandı
Ukrayna XİN: Münaqişənin 2025-ci ildə başa çatacağına ümid edirik
18:08 18.03.2025
Ukrayna XİN: Münaqişənin 2025-ci ildə başa çatacağına ümid edirik
İsrail Suriyanın artilleriya vasitələrinə hava zərbəsi endirib
17:52 18.03.2025
İsrail Suriyanın artilleriya vasitələrinə hava zərbəsi endirib
QHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLAR
17:45 18.03.2025
QHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLAR
“Azərsun Holdinq”in təşəbbüsü ilə ilk dəfə gənclər arasında marketinq müsabiqəsi keçirilib - FOTOLAR
17:43 18.03.2025
“Azərsun Holdinq”in təşəbbüsü ilə ilk dəfə gənclər arasında marketinq müsabiqəsi keçirilib - FOTOLAR