Vüsalə: Sənətkarı verilişə çağırıb elə adamla otuzdururlar ki…

Vüsalə: Sənətkarı verilişə çağırıb elə adamla otuzdururlar ki…
MAQAZİN
19:25 02.05.2025
564
"Axı sən sənətkarsan, sənin sənətkar statusun var”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə aparıcısı olduğu "İncə səhər” verilişində deyib.

O, son zamanlar aparıcıların tənqid olunmasına münasibət bildirib:

"Bəli, səhvlər var, qüsurlar var, həddindən artıq şişirtmələr var. Sənətkarlarla kimlərisə eyni yerdə otuzdururlar. Bəzən baxıram ki, o sənətkar orada danışmır, başını salıb aşağı oturub. Niyə danışmırsan, ay sənətkar?! Niyə demirsən ki, bu, mənimlə burada oturacaq adam deyil? Niyə demirsən, ay bala, düz oxumadın?! O verilişdən gedəndən sonra deyir ki, ora filankəsi gətirmişdilər, o düz oxumadı. Niyə yerində cavab vermədin buna? Axı sən sənətkarsan, sənin sənətkar statusun var”.
OXŞAR XƏBƏRLƏR