Vüsalə Türkanı ittiham etdi - "Sizi biz məşhur etmişik"

Vüsalə Türkanı ittiham etdi - "Sizi biz məşhur etmişik"
MAQAZİN
19:58 15.10.2025
201
Aparıcı Vüsalə Əlizadə  "İncə səhər” verilişində müğənni Türkan Vəlizadəni sərt şəkildə tənqid edib.

AZXEBER.COM xəbər verir ki, buna səbəb müğənninin meyxana ifaçıları və bəzi müğənnilər ilə efirə çıxmaq istəməməsi olub.

Aparıcı Türkana bu fikirlərinə görə irad bildirərək xəbərdarlıq edib:

"Bu gün bizə yuxarıdan aşağı baxırlar, ancaq bu qatar çox getməz. Səbəb odur ki, dövlət televiziyalarına, telekanallara buraxılmayanda "Xəzər” televiziyası sizə qanad açdı, sizə qucaq açdı, sizi bugünkü siz etdi. , Kimlərsə tərəfindən mahnılarınız yazıldı. Klipləri çəkdiz, necəsə, kimlərsə  tərəfindən... Bəzənib-düzənib efirlərə çıxdız. Elə bilirsiz sizi toylar yaşatdı, siz tək bunu etdiz, xeyr!
 
Televiziyaların burada çox böyük əməyi var. Bu gün bizim sizin üzərinizdə haqqımız var. Sizi bu yerlərə gətirən, tanıdan biz aparıcılar, efir olmuşuq. Xətrini çox istəyirəm, çox böyük hörmətim var. Bugünkü dəyişiminin bir  səbəbkarı da mənəm. Bəlkə danar, bəlkə danmaz. Ailəsinə, anasına, atasına böyük hörmətim var. İlk dəfə müsahibəsini mən hazırlamışam.
 
Bu gün "meyxanaçılarla bir efirə gəlmirəm” demək səni hörmətli etmir, əksinə. Sən bu qazandan çörək yemisən. Sən bir meyxanaçı ilə olan ifanla tanınıb sevilmisən, pul qazanmısan, bu gün Türkan Vəlizadə olmusan. Bu, birinci "Xəzər” televiziyasına, sonra isə mənə və çörək qazandığın meyxana aləminə  hörmətsizlik idi. Çox sağ ol”.
 
Aysel
OXŞAR XƏBƏRLƏR