Vyanada atışma nəticəsində 15 nəfər yaralanıb

Vyanada atışma nəticəsində 15 nəfər yaralanıb
DÜNYA
09:06 03.11.2020
709
Avstriyanın paytaxtı Vyanada atışma nəticəsində 15 nəfər yaralanıb.

Bu barədə ORF-2 telekanalın proqramında Vyana meri Mixael Lyudviq bildirib.

O bildirib ki, 15 nəfər xəstəxanaya yerləşdirilib, onlardan yeddisi ağır yaralanıb.

Qeyd edək ki, Avstriyanın paytaxtının mərkəzində sinaqoq yaxınlığında da daxil olmaqla altı yerdə atışma baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Atəş açan şəxslərdən biri polis tərəfindən zərərsizləşdirilib.
 
///Trend
OXŞAR XƏBƏRLƏR