Vyetnamda aramsız yağan yağışlar çayların daşmasına səbəb olub. Rəsmilərin verdiyi məlumata görə, daşqınlarla bərabər baş verən torpaq sürüşmələri ölkəyə ciddi ziyan vurub. Ən çox ziyanın isə Yen Bay əyalətinə dəydiyi bildirilir.
Burada azı 28 nəfərin daşqın suları altında qalaraq həyatının itirdiyi 4 nəfərin isə itkin düşdüyü bildirilir. Əyalətdə yüzlərlə ev yarıya qədər suyun altında qalıb. Elektrik şəbəkələrinin sıradan çıxması nəticəsində əhaliyə işıq verilişi dayandırılıb. Zərərçəkənlər eyni zamanda təmiz su tapmaqda çətinlik çəkdiklərini bildiriblər.