Vyetnama gedən gəmi kapitanı bıçaqlanaraq öldürüldü

Vyetnama gedən gəmi kapitanı bıçaqlanaraq öldürüldü
DÜNYA
14:48 07.08.2023
214
2 ay əvvəl işləmək üçün İstanbuldan Vyetnama gedən gəmi işçisi Sinan Ergül taksi gözləyərkən küçənin ortasında bıçaqlanaraq öldürülüb.

AZXEBER.COM Haberglobal-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Vyetnamın şimalındakı Ha Tinh əyalətində ticarət mərkəzinin qarşısında baş verib.

İddiaya görə, Sinan Ergül dostu ilə ticarət mərkəzinə gedib. Ticarət mərkəzindən çıxan iki dost gəmiyə qayıtmaq üçün taksi gözləməyə başlayıblar. Bu zaman qəssabdan bıçaq oğurlayaraq yanlarına gələn şəxs əvvəlcə Ergülün üzərinə hücum çəkib, sonra isə dostuna hücum edib.

Cinayətkar hadisə yerindən qaçarkən yanında olan dostu qanlar içində olan Ergülə ilk yardımı edib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin Ergül həyatını itirib.
 
Hadisədən sonra Ergülün yanında olan dostları cinayətkarı yaxalayaraq onu polislərə təslim edib.
 
Qeyd edək ki, Sinan Ergülün cənazəsi Türkiyəyə gətirilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR