Vyetnamın mərkəzində güclü yağışlardan sonra baş verən daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 36-ya çatıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hakimiyyət orqanları həftəsonundan bəri Vyetnamın mərkəzində güclü yağışlar nəticəsində baş verən fəlakətlərlə bağlı açıqlama yayıb.
Verilən aşılamaya görə, daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayının 36-ya çatdığını açıqlayıb.
Bu arada, beş nəfərin itkin düşdüyü, 60 nəfərin isə yaralandığı bildirilir.
Daşqın və torpaq sürüşmələri səbəbindən 120 mindən çox ev su altında qalıb və bəzi yollar hələ də bağlıdır.
Güclü yağışın 4 noyabr gecəsinə qədər davam edəcəyi gözlənilir.
Vyetnam Meteorologiya Xidməti 28 oktyabrda Hue şəhərində yağışın 24 saat ərzində rekord həddə çatdığını açıqlayıb.
Gülay







































