Vyetnamda "Bualoi” qasırğası: 51 nəfər ölü

Vyetnamda "Bualoi” qasırğası: 51 nəfər ölü
DÜNYA
12:30 03.10.2025
232
"Bualoi” qasırğası Vyetnamda ciddi fəsadlara səbəb olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hökumətin Təbii Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə ölənlərin sayı 51-ə,xəsarət alanların sayı 164-ə çatıb. Hadisə nəticəsində 14 nəfərin isə itkin düşdüyü bildirib.

Güclü yağışların yaratdığı daşqınlar nəticəsində maddi ziyan 603 milyon dollara qədər yüksəlib.
 
Qasırğa yolları, məktəbləri və dövlət idarələrini yararsız hala salıb, elektrik şəbəkələrinə ciddi ziyan vurub. On minlərlə ailə işıqsız qalıb.

Tayfun ölkədə genişmiqyaslı humanitar və infrastruktur böhranı yaradıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR