Son dövrdə bir sıra yeniliyi təqdim edən WhatsApp artıq "Google Drive" ilə inteqrasiya olacaq.800 milyon aktiv istifadəçiyə xidmət edən mesajlaşma proqramı Facebook tərəfindən satın alındıqdan sonra ciddi bir yenilənmə müddətinə girib.Ötən həftələrdə mobil mesajlaşma tətbiqində zəng funksiyasını təqdim edən WhatsApp indi daha bir yeni xüsusiyyətə qovuşur.Şirkətə yaxın qaynaqlardan gələn son məlumatlara görə, WhatsApp-ın son yenilənməsi ilə yeni xüsusiyyət işə düşəcək.