“WhatsApp-ı telefonlarınızdan silin, yazışmalarınız ələ keçirilə bilər"

MARAQLI
11:36 21.11.2019
10468
"Telegram” messencerinin əsasını qoyan Pavel Durov mobil telefon istifadəçilərini öz telefonlarından "WhatsApp” messencerini silməyə çağırıb.

AZXEBER.COM Virtualaz.org-a istinadən xəbər verir ki, Durov belə bəyanatla WhatsApp proqramında növbəti dəfə "əlçatanlıq” aşkar edilməsindən sonra çıxış edib.

Pavel Durovun bildirdiyinə görə, əgər istifadəçilər fotoşəkillərinin və yazışmalarının başqalarının əlinə keçməsini istəmirsə o zaman telefonlarından WhatsApp-ı silməlidir. Çünki WhatsApp daim istifadəçilərin yazışmalarını, hərəkətlərini, fotoşəkillərini izləmək üçün "Troya atı” kimi istifadə edilir. Hətta istifadəçilər WhatsApp üzərindən yazışmasalar belə.

"Bu istifadəçilərin nəyinə lazımdır? Facebook hələ WhatsApp-ı almazdan əvvəl casus proqramlarında iştirak edib. Şirkətin sövdələşmədən sonra öz siyasətini dəyişdiyini düşünmək sadəlövhlük olardı”,-Durov deyib.
Durov WhatsApp-ın əsasını qoyan Brayan Ektonun ötən il "Forbes” jurnalının ABŞ redaksiyasına müsahibəsini də xatırladıb. Ekton deyib ki, Facebook öz istifadəçilərinin konfidensiallığını "böyük pullar əvəzində” satıb.

Qeyd edək ki, bu günlərdə Hindistanın kibertəhlükəsizliklə məşğul olan CERT-İn agentliyi WhatsApp proqramında istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə imkan verən əlçatanlıq aşkar edib. Məlum olub ki, hakerlər WhatsApp üzərindən istifadəçiyə MP4 formatda fayl göndərməklə onun telefonuna casus proqramını yükləyə bilər.

Bundan əvvəl də WhatsApp proqramının bir sıra ölkələrdə hüquq müdafiəçilərini və jurnalistləri təqib etmək üçün istifadə edildiyi müəyyən olunmuşdu. Bəlli olmuşdu ki, əgər istifadəçinin telefonunda WhatsApp varsa onun istənilən hərəkətini, yazışmalarını, telefon danışıqlarını izləmək mümkündür.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:53 06.07.2020

Koronavirus legioner həyatı yaşayan milli üzvlərimizə çətinlik yaradıb

23:44 06.07.2020

Bakıda yayılan kəskin qoxunun səbəbi açıqlandı - RƏSMİ

23:33 06.07.2020

Xaçmazda məmurun 2 yaşlı övladı hovuzda boğuldu

23:11 06.07.2020

İlham Əliyev: "Aprel döyüşləri heç kimin yadından çıxmasın"

22:50 06.07.2020

Millimizin üzvü AFFA-nın dəstəyindən danışdı: "Karyeramda yeni bir səhifə açmağa hazırlaşırdım"

22:47 06.07.2020

Prezident: "Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir"

22:27 06.07.2020

Dövlət başçısı: "Hətta çətin bir dövrdə 30-dan çox ölkəyə yardım göstərmişik"

22:19 06.07.2020

Prezident: "Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir"

22:05 06.07.2020

"Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik"

21:45 06.07.2020

Azərbaycan Prezidenti: "Əlavə xəstəxanalara ehtiyac olacaq"

21:31 06.07.2020

Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb

21:27 06.07.2020

ETSN: Qızılağac milli parkında yanğın söndürülüb

21:22 06.07.2020

“Dünən məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir” - Prezident “Fairmont”dan danışdı

20:36 06.07.2020

Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır

20:04 06.07.2020

Restoran və kafelərdə sıxlıq norması təsdiqləndi - YENİ QAYDALAR

19:40 06.07.2020

İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”