WhatsApp inqilaba hazırlaşır

WhatsApp inqilaba hazırlaşır
SOSİAL
23:45 03.03.2019
5302
"Facebook" şirkəti məxfi layihə çərçivəsində steyblkoin adlı kriptovalyutanın yaradılması üzərində işləyir.

AZXEBER.COM oxu.az-a istinadən bildirir ki, steyblkoin WhatsApp istifadəçiləri üçün dostlar və qohumlara ani köçürmə etmək imkanı yaradacaq.

Bildirilir ki, steyblkoin ABŞ dolları və digər dayanıqlı valyutaların məzənnəsinə bağlı olan rəqəmsal valyuta növüdür.

Qeyd olunur ki, layihə artıq xeyli irəliləyib, çünki "Facebook" kriptovalyuta birjaları ilə steyblkoinin satışına dair danışıqlar aparıb. 
OXŞAR XƏBƏRLƏR