“WhatsApp” istifadəçilərinə ŞAD XƏBƏR: İki yeni funksiya istifadəyə verilir

MARAQLI
16:06 10.07.2023
288
"WhatsApp”da istifadəçilərin uzun müddətdir gözlədiyi iki funksiyanı istifadəyə veriləcək.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "WhatsApp" 2.23.10.6 beta versiyasında görünən ilk xüsusiyyət filtrlərdir.
 
"Söhbətlər" bölməsində yerləşəcək bu funksiya oxunmamış yazışmaları, şəxsi söhbətləri və işgüzar söhbətləri ayrıca nəzərdən keçirməyə imkan verəcək.

Başqa bir xüsusiyyət "WhatsApp Webb" ilə asanlıqla cütləşmədir. İndiyədək istifadəçilərdən hesablarını "WhatsApp"ın veb versiyası ilə əlaqələndirmək üçün smartfondan unikal QR kodu skan etmələri tələb olunurdu.

Bu funksiya ilə alternativ olaraq telefon nömrəsi və birdəfəlik səkkiz rəqəmli koddan istifadə etmək kifayət edəcək.

Hazırda sınaq mərhələsində olan funksiyalar yaxın günlərdə bütün istifadəçilər üçün əlçatan olacaq.
 
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR