‘WhatsApp’ satıldı - 19 milyard dollara

MARAQLI
11:04 20.02.2014
1998

“Facebook” rəhbərliyi bunun üçün 19 milyard dollar verib

Dünyada ən çox istifadəçiyə malik olan sosial şəbəkə “Facebook” “WhatsApp” messencerini aldı.

AZXEBER.COM-un məlumatına görə, “Facebook” rəhbərliyi bunun üçün 19 milyard dollar verib. Keçən ilin sonlarında “WhatsApp” istifadəçilərinin sayı 400 milyonu keçmişdi. Bu da messenceri bu tipli digər proqramlara rəqib etmişdi. Qeyd edək ki, ““WhatsApp” 2009-cu ildə “Yahoo” əməkdaşları tərəfindən yaradılıb. Hazırda bu proqramı smartfonların əsas əməliyyat sisteminə yükləmək olur.

OXŞAR XƏBƏRLƏR