“WhatsApp”a hər kəsin gözlədiyi özəllik gəlir: göndərdiyiniz fotoların…

MARAQLI
11:49 24.01.2023
2974
"WhatsApp” mesajlaşma proqramında fotoşəkillərin göndərilməsi üçün yeni funksiyanın istifadəyə veriləcəyi gözlənilir.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, tətbiq vasitəsilə göndərilən şəkillərdə keyfiyyət probleminin aradan qaldırılacağı gözlənilir.

"WhatsApp” bu məsələ ilə bağlı yeni funksiyanın üzərində işlədiyini bildirib. Məlumata görə, yeni funksiya ilə qarşı tərəfə göndərilən fotoların keyfiyyətini saxlamaq mümkün olacaq. "WhatsApp” istifadəçilərə göndəriləcək şəklin keyfiyyətini seçmək imkanı təqdim edəcək.

Qeyd edilib ki, mövzu ilə bağlı yaxın günlərdə geniş məlumat veriləcək.

Aydın

OXŞAR XƏBƏRLƏR