"Meta” daxilində ünsiyyət platforması olan "WhatsApp”da böyük dəyişikliklərin olacağı məlum olub.
AZXEBER.COM xəbər verir ki, İngiltərə qəzetlərindən olan "Financial Times”a danışan mənbələr "Facebook”, "Instagram” və "Messenger”in də yer aldığı "Meta”nın "WhatsApp”a köklü dəyişikliklər etməyə hazırlaşdığını açıqlayıblar.
Qəzetə danışan mənbələr bildiriblər ki, "Meta” gəlirlərini artırmaq üçün "WhatsApp”a reklamlar gətirməyi düşünür.
"WhatsApp”da reklamın ilk dəfə nümayiş etdirilməsinə yol açsa da, bu qərarın şirkət daxilində böyük müzakirələrə səbəb olduğu da ifadə edilib.
Ayşən