"WhatsApp"a yeni funksiya gəldi: Ondan necə istifadə edəcəyik?

MARAQLI
11:01 11.12.2023
223
 
"WhatsApp" foto və videolarda gördüyümüz birdəfəlik mesaj xüsusiyyətini səsli mesajlara da gətirib.

AZXEBER.COM xəbər verir ki, yeni funksiya ilə artıq səsli mesajlara bir dəfə baxmaq olar.
 
Başqa sözlə, səs yazısı göndərdiyiniz şəxs və ya insanlar tərəfindən dinlənildikdən sonra yox olacaq.

Həmçinin, onu göndərdiyiniz şəxs dinləyərkən təsadüfən səsli mesajı söndürsə, o, mesaja yenidən daxil ola bilməyəcək.

WhatsApp bildirib ki, birdəfəlik səsli mesajlar yaxın günlərdə tədricən bütün dünyada yayılacaq.
 
Bəs WhatsApp-da yoxa çıxan səsli mesajlar funksiyasından necə istifadə etmək olar?

Birdəfəlik səsli mesaj göndərmək istədiyiniz söhbəti açın.

Səs yazma düyməsini basın.

Sağdakı "1" deyən düyməni vurun.

Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR