"WhatsApp"da daha bir özəllik: Səs yazılarını paylaşmaq və dinləmək mümkün olacaq

MARAQLI
11:26 05.06.2023
558
"WhatsApp" daha bir yeni funksiyasını açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, "WhatsApp”ın elan etdiyi bu yeni funksiya, status kimi paylaşılan şəkillərlə yanaşı, audio paylaşmağa imkan verəcək.
 
Artıq "WhatsApp”dan istifadə edərkən status bölməsinə şəkillərlə yanaşı səs yazılarını da yükləmək mümkün olacaq.
 
"WhatsApp" tərəfindən hazırlanan bu yeni funksiya hələ beta versiyada test mərhələsindədir. Testlər tamamlandıqdan sonra funksiya bütün istifadəçilər üçün əlçatan olacaq. Sözügedən funksiya sayəsində artıq "Status” bölməsində səs yazılarını paylaşmaq və dinləmək mümkün olacaq.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR