"WhatsApp" istifadəçilər pul qazanmaq imkanı əldə edəcəklər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məşhur mesajlaşma proqramı "WhatsApp"a daha bir yeni funksiya gəlir.
Beta versiyada sınaq mərhələsində olan xüsusiyyət sayəsində "WhatsApp"da qurulan icmaların sahibliyi başqalarına keçə bilər və istifadəçilər artıq öz icmalarından pul qazanmaq imkanı əldə edəcəklər.
Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp"ın Android beta versiyasında sınaqdan keçirilən yeni funksiya ilə istifadəçilər qurduqları "WhatsApp" icmalarını artıq başqa istifadəçilərə köçürə biləcəklər.
Gülay