"WhatsApp"da yeni funksiya: Artıq animasiyalardan istifadə edə biləcəksiniz

MARAQLI
15:16 23.07.2024
364
"WhatsApp" yeni funksiyasını təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, bu yenilik istifadəçilərin söhbətlərini daha da zövqlü edəcək.

Yeni funksiya sayəsində istifadəçilər artıq çatlarda animasiya emojiləri göndərə biləcəklər.

Bundan əlavə, bu xüsusiyyət sizə emosiyalarınızı qarşı tərəfə daha yaxşı ifadə etməyə imkan verəcək.
 
Bununla belə, onu da qeyd etməliyik ki, bütün emojilərin animasiya dəstəyi olmayacaq.

Yeni funksiya hazırda sınaq mərhələsindədir və onun nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı məlum deyil.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR