"WhatsApp"da yeni funksiya: Artıq süni intellektlə fotoları redaktə edə biləcəksiniz

MARAQLI
13:28 08.07.2024
348
"WhatsApp"ın Android beta versiyasına süni intellektlə foto redaktə funksiyası əlavə olunub.
 
AZXEBER.COM xəbər verir ki, bu funksiya sayəsində istifadəçilər artıq süni intellektlə fotoları redaktə edə biləcəklər.

"WhatsApp"ın üzərində işlədiyi yeni funksiya şəkillərin daha asan redaktə edilməsinə imkan verəcək.

Hələ inkişaf mərhələsində olan xüsusiyyətin nə vaxt sınaqdan keçiriləcəyi və istifadəyə veriləcəyi məlum deyil.
 
Söhbətdə + simvolunun yerləşdiyi yerdə "Imagine” düyməsi əlavə ediləcək.

Həmçinin istifadəçilər bu şəkilləri qarşı tərəfə göndərə biləcəklər.

Mikayıl

OXŞAR XƏBƏRLƏR