"WhatsApp"dan 2024-cü ildə hamını sevindirəcək ilk funksiya

MARAQLI
13:16 17.01.2024
189
"WhatsApp" mesajlaşma proqramı hamını sevindirəcək funksiyasını təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, "WhatsApp" tərəfindən buraxılan ən son xüsusiyyət hələ beta versiyada sınaq mərhələsindədir. 
 
"WhatsApp"ın yayımladığı ən son xüsusiyyət kanallar bölməsi üçün açıqlanıb.
 
Elan edilən bu funksiya ilə artıq fərdi və qrup çatlarında olduğu kimi istənilən mövzuda sorğu hazırlamaq mümkün olacaq və kanala daxil olan istifadəçilər sorğuda öz fikirlərini bildirə biləcəklər.
 
Sorğular funksiyasının bütün istifadəçilər üçün aktivləşdirilməsi vaxt tələb edə bilər.

Kanallar üçün sorğular bölməsində ediləcək sorğular anonim olaraq açılacaq. İnsanların anonim sorğulara verdiyi cavablar digər istifadəçilərə məlum olmayacaq.
 
Eyni zamanda, sorğu xüsusiyyətinin gəlməsi ilə əvvəlki yeniləmədə pozulan status yeniləməsində kiçik şəkillərin göstərilməsi funksiyası yenidən istifadəyə veriləcək.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR