"WhatsApp" Android və iOS istifadəçilərinə fayl paylaşmaq üçün nəzərdə tutulan limiti artırır.
Bu barədə məlumatı "WABetaInfo" dərc edib.
Belə ki, "WhatsApp" istifadəçiləri artıq 100-ə qədər foto və video paylaşa biləcək. Daha əvvəl bu say 30 idi.
Hazırda sınaq mərhələsində olan funksiya tezliklə istifadəyə veriləcək.
Həmçinin "WhatsApp"ın digər yeni funskiyaları da açıqlanıb:
1) Sənəd başlığı: İstifadəçilər sənəd göndərərkən başlıq əlavə edə biləcəklər. Bu da göndərilən sənədin məzmununu təsvir etmək üçün şərait yaradır.
2) Fərdiləşdirilmiş avatarlar yaratmaq: İstifadəçilər stiker və profil şəkli kimi istifadə edilə biləcək avatar yarada biləcəklər.
///BAKU.WS