“WhatsApp”dan son giriş vaxtı və profil şəkli ilə bağlı YENİLİK

MARAQLI
11:52 12.11.2021
4563
"WhatsApp” messencerində istifadəçilərin məxfiliyini artıracaq yeni funksiya işə salınıb. Yeniləmə 2.21.23.14 proqram versiyası olan istifadəçilər üçün əlçatan olacaq.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, bu barədə WABetaInfo məlumat yayıb.

Söhbət messencerdə bəzi kontaktlardan profil məlumatlarını gizlətmə qabiliyyətindən gedir. Bundan sonra istifadəçilər son giriş vaxtını, profil şəklini və "Haqqımda” blokunu görən şəxslərin siyahılarını fərdiləşdirə biləcəklər. Bu funksiya əvvəllər proqramın ayrı-ayrı "beta” versiyalarında sınaqdan keçirilib.

Bunun üçün "Mənim kontaktlarım, ...istisna olmaqla” adlı funksiyanı aktivləşdirmək lazımdır.

Yeniliklə təmin olunmayan cihazlarda bu funksiya növbəti yenilənmə zamanı əlçatan olacaq.
 

 


OXŞAR XƏBƏRLƏR