Dünyada təqribən 1,6 milyard istifadəçisi olan ani mesajlaşma proqramı "WhatsApp” Rusiya mərkəzli mesajlaşma proqramı "Telegram” ilə ciddi rəqabətdədir.
AZXEBER.COM xəbər verir ki, "WhatsApp”ın rəhbəri Will Cathcart bildirib ki, "Telegram” istifadəçilər üçün adekvat təhlükəsizlik səviyyəsini təklif etmir.
"Twitter” hesabından açıqlamalar verən Cathcart istifadəçilərin "Telegram”dan ayrılması lazım olduğunu bildirib.
"Telegram”ın defolt olaraq başdan-başa şifrələmə təklif etmədiyini bildirən "WhatsApp” rəhbəri Rusiyada əsaslanan tətbiqin məlumatları hökumətlərlə paylaşa biləcəyini də bildirib.
Digər tərəfdən, "Telegram”ın qurucusu Pavel Durov deyir ki, "WhatsApp” tətbiqi debütündən bəri istifadəçilər üçün bir gün belə təhlükəsiz olmayıb.
Aydın