Wikipedia sabah bağlanır

MARAQLI
11:13 17.01.2012
1600

Sayt ABŞ konqresinin güdəliyində olan qanun layihəsinə etiraz edir

Məşhur Wikipedia saytı sabah bağlanacaq. Sayt ABŞ konqresinin güdəliyində olan qanun layihəsinə etiraz olaraq bir sutkalıq fəaliyyətini donduracaq. Belə ki, qanun layihəsi hakimiyyətə bu və yaxud digər internet saytını lisenziyalaşdırılmamış məzmunlu informasiya yayacağı təqdirdə bağlamağa imkan verir. Qeyd edək ki, piratçılıqdan əziyyət çəkən Hollivud kinoindustriyası bu qanun layihəsinin qəbulunun lehinədir.

Ans Press

OXŞAR XƏBƏRLƏR