WMO-nun Baş katibi: "2015-2024-cü illər son 175 ildə müşahidə edilən ən isti dövr olaraq qiymətləndirilir"

WMO-nun Baş katibi: "2015-2024-cü illər son 175 ildə müşahidə edilən ən isti dövr olaraq qiymətləndirilir"
SİYASƏT
15:04 11.11.2024
160
2015-2024-cü illər son 175 ildə müşahidə edilən ən isti dövr olaraq qiymətləndirilir.

AZXEBER.COM Reporta istinadən  xəbər verir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi Celeste Saulo BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk günündə keçirilən mətbuat konfransında bildirib.

O, uzunmüddətli qlobal istiləşmənin hazırda 1850-ci illərin baza səviyyəsi ilə müqayisədə təxminən 1,3 dərəcə çox olduğunu qeyd edib: "İqlim dəyişikliyi, demək olar ki, hər gün ekstremal hava şəklində qarşımıza çıxır. Bu il bir çox ölkədə rekord səviyyədə yağıntı və daşqınlar, böyük insan itkiləri ilə müşahidə edilir ki, bu da bütün qitələrdə icmalara təsir göstərir. Artan istilər isə onlarla ölkəni əhatə edərək bir neçə dəfə temperaturun selsi üzrə 50 dərəcəni keçməsinə səbəb olub”.

C. Saulo, həmçinin buzlaqların əriməsi daha da sürətləndiyini vurğulayıb. O, iqlim dəyişikliyi ilə mübarizənin yalnız birgə təşəbbüslər sayəsində mümkün olduğunu bildirərək, təmiz enerji və günəş, külək kimi bərpa olunan mənbələrə sərmayə yatırmağın ədalətli keçid üçün əhəmiyyətini qeyd edib.

WMO-nun Baş katibi bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyəti sürətləndirmək üçün müxtəlif alternativlərə investisiyaları artırmalıyıq: "Biz daim müşahidələrin sayını artırmaq məqsədilə milli meteoroloji və hidroloji xidmətlərə sərmayə qoymağı dəstəkləyirik. Qeyd edim ki, dünya okeanlarında müşahidələrimiz bir qədər zəifdir. Bu səbəbdən, bizə həm iqlim dəyişikliyinin təsirlərini qiymətləndirməyə, həm də baş verən prosesləri yumşaltmağa kömək edəcək əlavə investisiyalara ehtiyac var”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
22:41 24.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
22:40 24.04.2025
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
20:39 24.04.2025
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
20:30 24.04.2025
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
20:23 24.04.2025
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
Türkiyədə ağır yol qəzası olub, 11 nəfər yaralanıb
20:16 24.04.2025
Türkiyədə ağır yol qəzası olub, 11 nəfər yaralanıb