“WoWoman in Me” Proqramının bağlanış mərasimi keçirildi

“WoWoman in Me” Proqramının bağlanış mərasimi keçirildi
SOSİAL
12:45 06.11.2017
623

ABŞ Səfirliyi "WoWoman in Me” proqramını maliyyələşdirir

AZXEBER.COM xəbər verirki, 4 Noyabr, 2017-ci il tarixində WoWoman Azərbaycan qadınların inkişaf platformasının ABŞ Səfirliyinin dəstəyi ilə həyata keçirildiyi "WoWoman in Me” 6 həftəlik intensiv liderlik və mentorluq proqramının bağlanış konfransı baş tutdu. "WoWoman in Me” proqramının məqsədi xanımlara öz xəyallarını müəyyən etmək və onları həyata keçirmək üçün lazımi bilikləri əldə etməkdə dəstək olmaqdı. Bu proqram çərçivəsində WoWoman Azərbaycan platforması 50 xanıma liderlik keyfiyyətlərini öyrətdi və onları fərdi və peşəkar məqsədlərinə çatmaqda kömək ola biləcək mentorlarla görüşdürdü.

Platformanın təsisçisi, Zara Hüseynova: "Biz bu proqramı Harvard, Stanford, Massaçusets Texnologiya İnstitutu (MIT) da daxil olmaqla, TED konfranslar, tədbirlər və təlimlərdə öyrədilən təcrübəyə əsaslanaraq təşkil etdik. Bu bizim bu günə qədər həyata keçirdiyimiz ən böyük layihəmizdir və iştirakçıların müsbət rəyləri bizi hədsiz ruhlandırır."

Tədbirin xüsusi qonağı Google şirkətinin rəsmisi Nina Levçuk cəmiyyətin inkişafında mentorluğun rolundan danışdı. Avropa İttifaqının ölkəmizdəki Birinci Müşaviri Denis Daniilidis isə stereotiplərdən azad olaraq, gələcəyi dəyişdirməyin mümkünlüyünü vurğuladı. ABŞ Səfirliyinin İctimaiyyətlə Əlaqələr üzrə söbə müdiri Karolina Savec öz təcrübəsinə əsaslanaraq karyera qurmaqda kömək ola biləcək vasitələrdən, xüsusi ilə çevrənin formalaşmasından danışdı. Panel müzakirələri "Qadınların inkişafında qeyri-formal təhsilin rolu” və "Qadın sahibkarların biznes dünyasında əhəmiyyəti” mövzularının əhatə etdi.

Tədbirdə daha sonra WoWoman qadınların inkişaf platformasının 2018-ci il üçün planları açıqlandı, məktəblərdə, universitetlərdə, xüsusən də regionlarda keçirmək istədikləri təlimlər haqqında məlumat verildi. Qeyd edək ki, Gəncə şəhərində də bir neçə proqram həyata keçirən platforma, regionlarla bağlı fəaliyyətini artırmaq və daha geniş qadın kütləsinə dəstək olmaq üçün çalışır. Bunun üçün Bakıda offllayn keçirilən tədbirlədən əlavə, WoWoman Azerbaijan Facebook qrupu üzərindən çox-istiqamətli fəaliyyət davam etdirilir.

WoWoman platforması Azərbaycanda 2.5 il öncə yarandı və genişlənərək 50+ qadını birləşdirən komandaya çevrildi. Bu komanda tərəfindən 125-dən artıq tədbir, təlim, seminarlar təşkil olunub, İT və sahibkarlıq da daxil olmaqla 25 proqram, yoqa və psixologiya kursları həyata keçirilib. WoWoman hazırda Pakistan, Ukrayna, Belarus da daxil olmaqla bir neçə xarici ölkədə fəaliyyət göstərir. Platformanın fəaliyyəti haqqında daha ətraflı məlumatı https://wowoman.org/ linkindən və ya aktiv Facebook qrupundan əldə edə bilərsiniz: https://www.facebook.com/wowoman.org/

WoWoman Azərbaycan platformasını dəstəkləmək üçün, bu linkdən WoWoman gündəliyini əldə edib, qadınların təhsil almağına və karyera qurmağına kömək edə bilərsiz: https://wowoman.org/wowomanplanner

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir