WSJ: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

WSJ: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır
DÜNYA
09:16 24.03.2025
321

İsrail iqtidarı Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı keçirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən bildirib.

Nəşrin məlumatına görə, yəhudi dövlətinin rəhbərliyi hesab edir ki, Qəzza zolağının əhəmiyyətli hissəsinin ələ keçirilməsi və saxlanılması HƏMAS üzərində qəti qələbə qazanmağa imkan verəcək. Qəzet qeyd edib ki, İsrail Baş naziri Binyamin Netanyahu və onun yaxın çevrəsinin fikrincə, yeni Amerika administrasiyasının hücum əməliyyatlarına dəstəyi və Livandakı "Hizbullah” təşkilatının zəifləməsi ilə İsrail ordusunun bu cür döyüş əməliyyatları aparmaq üçün yetərincə imkanları yaranıb.

Eyni zamanda, nəşrə görə, HƏMAS üzərində qəti qələbə qazanmaq üçün İsrail yeraltı tunellər sistemini və hərəkatın digər infrastruktur obyektlərini tamamilə məhv etməli olacaq ki, bu da bir neçə ay və ya hətta illər çəkə bilər. Netanyahunun yeni strategiyasının əleyhdarlarına görə, münaqişənin siyasi həlli olmadan HƏMAS-ı ləğv etmək sadəcə mümkün olmayacaq.

Daha əvvəl İsrail Baş nazirinin ofisi bildirmişdi ki, Netanyahu ABŞ dövlət katibi Mark Rubio ilə telefon danışığı aparıb. Söhbətin təfərrüatları açıqlanmasa da, qeyd edilib ki, "Rubio Birləşmiş Ştatların İsrailə və onun gerçəkləşdirdiyi siyasətə tam və qeyd-şərtsiz dəstəyini ifadə edib”.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edərək anklava kütləvi hava zərbələri endirib. Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff tərəfindən danışıqlarda irəli sürülmüş təklifləri rədd etməsi ilə izah edib və əlavə edib ki, sektordakı əməliyyatın məqsədi bütün girovların azad edilməsidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb