WUF13 çərçivəsində Bakıda xüsusi hərəkət zolaqları yaradılacaq - BU KÜÇƏLƏRDƏ

WUF13 çərçivəsində Bakıda xüsusi hərəkət zolaqları yaradılacaq - BU KÜÇƏLƏRDƏ
SOSİAL
17:39 04.05.2026
261
WUF13 çərçivəsində paytaxtın bir sıra küçə və prospektlərində avtobuslar üçün müvəqqəti hərəkət zolaqları təşkil ediləcək.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Həmin ərazilər aşağıdakılardır: 

- Heydər Əliyev prospekti - Aeroport şosesi;

- Abbasqulu ağa Bakıxanov küçəsi;

- Mehdi Abbasov küçəsi;

- Mikayıl Əliyev küçəsi;

- Yusif Səfərov küçəsi;

- Mikayıl Müşfiq küçəsi.

Bildirilib ki, bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.
OXŞAR XƏBƏRLƏR