WUF13.az saytı təqdim edilib

WUF13.az saytı təqdim edilib
SOSİAL
11:27 27.02.2026
272
WUF13.az saytı istifadəçilərə təqdim edilib.
 
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Rəqəmsal marketinq şöbəsinin rəhbəri Elnur Mirzəzadə WUF13 tədbirinə hazırlıq işlərinə dair media brifinqində bildirib ki, saytın əsas məqsədi tədbirlə bağlı məlumatlara çıxışı daha əlçatan və operativ etməkdir:

"Platformanın vizual tərtibatında milli üslubla müasir dizayn elementlərinin sintezinə üstünlük verilib. Səhifədə tədbirin şüarı yerləşdirilib, həmçinin media nümayəndələrinin məlumat əldə etməsi üçün xəbərlər bölməsi təqdim olunur”, - o qeyd edib.

Xatırladaq ki, WUF13 bu il 17-22 may tarixlərində Bakıda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR