"X” istifadəçilərin biometrik məlumatları, məşğulluğu və təhsili haqqında məlumat toplayacaq.
AZXEBER.COM xəbər verir ki, "X” sosial media platformasının biometrik məlumatları ilə istifadəçilərin məşğulluğu və təhsili haqqında məlumat toplamağa başlayacağı açıqlanıb.
Bloomberg-in məlumatına görə, "X” sosial media platforması məxfilik siyasətini yeniləyib. Şirkət yeni siyasətində istifadəçilərin icazəsindən asılı olaraq biometrik məlumatların təhlükəsizlik və identifikasiya məqsədləri üçün toplanaraq istifadə edilə biləcəyini açıqlayıb.
Eyni zamanda X-in sahibi İlon Mask sosial media platformasındakı paylaşımında video və səsli zəng funksiyasının işə salınacağını açıqlayıb.
Ayşən