X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək - RƏSMİ

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək - RƏSMİ
SOSİAL
16:37 08.05.2021
638
"Bəziləri üçün ənənəvi tədrisə qayıdış düzgün qərar kimi qəbul edilsə də, bir çoxlarına da vaxtında verilməmiş qərar kimi görünür. Mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib”.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, Təhsil Nazirliyi hər zaman əyani tədrisə qayıtmağın tərəfdarı olub: 

"Uşaqların sosial-psixoloji inkişafı, parta arxasında oturması vacibdir. İnanırıq ki, bu mənada valideynlər övladlarını məktəbə göndərəcək. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər”.

E.Əmrullayev bildirib ki, şərait imkan verən məktəblərdə tədris həftədə 5 gün olacaq: 

"Şagirdlərin məktəbdə və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”.
OXŞAR XƏBƏRLƏR