X sosial şəbəkəsi özünü birbaşa TikTok və Instagram la rəqib etmək üçünı yeni xüsusiyyət təqdim etməyə hazırlaşır.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, istifadəçilərə maraqlarına uyğun hazırlanmış həm qısa, həm də uzun videolar axını təqdim olunacaq.
Bu funksiyanın beta versiyasının bu yayın sonunda müəyyən bir istifadəçi qrupu üçün əlçatan olacağı gözlənilir.
Sözügedən təşəbbüs Maskın 2022-ci ilin oktyabrında platformanı əldə etdiyi vaxtdan reallaşdırdığı vizyonunun bir hissəsidir.
Bu vizyona bir vaxtlar Twitter-ə inteqrasiya olunmuş qısa formalı video proqram olan Vine konsepsiyasının canlandırılması daxildir.
Xatırladaq ki, apreldə Mask 186 milyon izləyicisi arasında "Vine”ın geri qaytarılmasının olub-olmaması ilə bağlı sorğu keçirib və təxminən 70 faiz lehinə səs verib.
Zirvədə olan "Vine”-ın 200 milyon istifadəçisi var və "Ice Bucket Challenge” kimi viral tendensiyalarla tanınırdı.
Populyarlığına baxmayaraq,” Twitter” "Vine”dən effektiv şəkildə pul qazana bilmədi və 2017-ci ildə bağlanmasına səbəb oldu.
Yeni funksiya həmçinin "Twitter”in 2021-ci ildə Periscope-u bağladıqdan sonra mövcud olmayan xidməti canlandıran canlı yayım elementini də əhatə edəcək.
Mikayıl