Loma Linda Universitetinin aparıcı postdoktorantı Yesseniya Tantamanqo bildirir ki, bu məhsulların rasionumuza daxil edilməsi rektal polip, eyni zamanda kolorektal xərçəng xəstəlikləri riskini azaldır. Onun sözlərinə görə, paxla, quru meyvə və təmizlənməmiş düyünün tərkibində potensial kanserogenləri parçalayan liflər var. Brokkoli kimi tərəvəzin tərkibində isə qoruyucu funksiyanı yaxşılaşdıran, toksinləri məhv edən komponentlər var.