Günün ilk oyunları ikinci “altılığ”ın görüşləri ilə başlayacaq. Burada ən diqqətçəkən məqam isə "Gəncə"nin yeni baş məşqçisi Mehman Allahverdiyevlə bağlıdır. Azərbaycanın ən titullu məşqçilərindən olan mütəxəssis uzun fasilədən sonra futbola qayıdışını Qəbələdə qeyd edib.
İlk matçını səfərdə keçirən Allahverdiyevin komandası bu görüşdən 1:1-lik bərabərlikə ayrılıb. Matçın birinci hissəsində hesabda geri düşən "Gəncə" futbolçuları fasilədən sonra cavab qolunu vuraraq Qəbələdən 1 xalla dönməyi bacarıblar.
Digər oyuna gəlincə, MOİK cari mövsümdə yeganə qələbəsini qazandığı “Muğan”ı qonaq edib. Lakin onlar qələbə qazanacaqları halda belə sonuncu pillədən yaxa qurtara bilməyəcəkdilər. Bununla belə, MOİK bu oyunda böyük əzmkarlıq göstərək 90 dəqiqə ərzində qapısını toxunulmaz saxlaya bilib.
Turun ilk gününə “Bakı” - “Xəzər Lənkəran” matçı ilə yekun vurulub. Prinsipial əhəmiyyət daşıyan oyunun çətin keçəcəyini proqnozlaşdırmaq olardı. Təsnifat mərhələsində baş tutan görüşlərin hər ikisinin heç-heçə başa çatdığını nəzərə alsaq, bu dəfə də eyni nəticənin təkrarlanacağı inandırıcı görünmürdü.
Lakin bu görüş də digərlərindən fərqlənməyib. Oyun ərzində hər iki komandanın bir neçə dəfə qol vurmaq imkanı olsa da, bundan istifadə edə bilməyiblər. Qolsuz heç-heçə ilə başa çatan oyunda hər iki komanda vacib 2 xal itkisilə üzləşib. Bu xal itkisi daha çox "Xəzər Lənkəran"a çempionluq yolunda ağır zərbə vurub.
2 aprel
18:00. “Bakı” – “Xəzər Lənkəran” - 0:0 Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
15:00. MOİK – “Muğan” - 0:0 Hakimlər: Fuad Həsənov, Aydın Ələkbərov, Samir Hacıyev, Teymur Fərhadov Bakı. “Bakı” klubunun təlim-məşq bazası