Avqustun 4-də Xaçmaz rayonunun Gödəkli kəndində şəhər sakini Cəfər Hacıyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 9-da Baş Cinayət Axtarışı İdarəsi və Xaşmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakinləri Nöhbala Quliyev və Tehran Quliyev tutulublar.
Araşdırmalar davam etdirilir.