44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Şübhəli təslim oldu

44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Şübhəli təslim oldu
HADİSƏ
20:21 19.10.2025
138
Xaçmazda qətl hadisəsi törədilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1981-ci il təvəllüdlü Cəlilov Emin Nəcimulla oğlu kürək nahiyəsindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

E. Cəlilovu öldürməkdə şübhəli bilinən şəxsin özü polisə könüllü şəkildə təslim olub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR