Xaçmazda 2 ildir axtarışda olan gözdən əlil qadının meyiti tapıldı

Xaçmazda 2 ildir axtarışda olan gözdən əlil qadının meyiti tapıldı
HADİSƏ
23:14 01.06.2025
455
Xaçmazda 2 il öncə baş verən cinayətin üstü açılıb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan şəxs, 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Ötən iki il ərzində itkin düşən qadının axtarışları aparılıb. Bu günlərdə həmin şəxsin öldürülərək basdırıldığı məlum olub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

İlkin məlumata görə, G.Cahangirova taksi sürücüsü tərəfindən qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR