Xaçmazda 24 yaşlı oğlan bıçaqlandı

KRİMİNAL
17:48 30.06.2014
2010
Xaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb. 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonunun Yeni Sudur kənd sakini, 1990-cı il təvəllüdlü Əliusmanov Roman Şükür oğlu müxtəlif bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və yaralı dərhal əməliyyat olunub.
R. Əliusmanovu bıçaqlayan şəxsin tapılması və istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR