Xaçmazda 27 yaşlı kişi göldə batıb

Xaçmazda 27 yaşlı kişi göldə batıb
SOSİAL
10:19 24.07.2021
436
Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

AZXEBER.COM "Report”a  istinadən xəbər verir ki, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Şıxəmməd oğlu Məmmədov kənd ərazisində yerləşən göldə batıb.

Qeyd edək ki, mərhum ailəli idi, iki il əvvəl toyu olub, övladı yoxdur.

Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR