Xaçmazda 68 yaşlı kişi intihara cəhd edib

Xaçmazda 68 yaşlı kişi intihara cəhd edib
SOSİAL
14:25 10.04.2022
329
Xaçmaz rayonunda intihara cəhd hadisəsi baş verib.

Hadisə Hacıəlibəy kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Ağasıyev Qumalat Xalişah oğlu fərdi yaşayış evində özünü kəndirlə asaraq intihar etmək istəyib. Lakin ailə üzvləri onu xilas ediblər.

Q.Ağasıyev təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona alın-təpə nahiyəsinin əziyi, boğaz nahiyəsinin hematoması diaqnozu qoyulub.

İlkin məlumata görə, intihara cəhdə səbəb ailədaxili münaqişə olub.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR