Xaçmazda ana özünü oğlunun kəməri ilə asdı

Xaçmazda ana özünü oğlunun kəməri ilə asdı
SOSİAL
13:34 26.05.2017
2732
Xaçmaz rayonunda 34 yaşlı qadın intihar edib.

Hadisə Xaçmaz şəhərinin Qələbə küçəsi -7 ünvanında baş verib. 
Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Kəmalə Sərdar qızı Tağıyeva özünü yaşadığı evin qapısında oğlunun idman kəmərilə asıb.

Xaçmaz prokurorluğundan report-a bildirib ki, qadının iki övladı olub. O, psixi durumu ilə bağlı həyat yoldaşından ayrılaraq ata evinə qayıtmışdı.

Hüquq-mühafizə orqanları hadisə yerində olub, meyit tibbi ekspertizadan keçirilib. 
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-nin 125 -ci maddəsilə cinayət işi açılıb.
 
///report
OXŞAR XƏBƏRLƏR