Xaçmazda avtomobil üç piyadanı vurub

Xaçmazda avtomobil üç piyadanı vurub
SOSİAL
23:42 27.04.2018
9485
Xaçmazda piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. 
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Bakı" prospektində baş verib.

"Nissan” markalı avtomobil yoldan keçən 3 nəfəri vurub. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR