Xaçmazda avtomobillər toqquşdu - ölən var

Xaçmazda avtomobillər toqquşdu - ölən var
SOSİAL
11:43 08.09.2023
135
Xaçmaz rayonunun Nərəcan kəndində yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, "VAZ-2107" və "Kamaz" markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Ədilov Azər Yadulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Ədilovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR