Xaçmazda bir qadının əxlaqsızlıq "yuvası" - 2 fahişə saxlanıldı

Xaçmazda bir qadının əxlaqsızlıq "yuvası" - 2 fahişə saxlanıldı
SOSİAL
14:35 31.07.2018
4904
Xaçmazda qadın əxlaqsızlıq "yuvası" yaradıbmış.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş.Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub.

İyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR