Xaçmaz Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 50 yaşlı Cəlal Dadaşov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AZXEBER.COM-a bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 11 kiloqram olan 601 ədəd çətənə (kannabis) kolu və narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, C.Dadaşovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.