Xaçmazda icra başçısından unikal tapşırıq: evlər su altında qaldı (FOTOFAKT)

SOSİAL
16:05 30.03.2016
2600

Xaçmaz rayonu ərazisində yerləşən binanın dam örtüyünün olmaması problemlərə səbəbə olub.

AZXEBER.COM-un "facebook" səhifəsində göndərilən müraciətdə, rayonun Nəriman Nərimanov küçəsində yerləşən binanın dam örtüyünün martın 14-dən söküldüyü bildirilib. Sökülən dam örtüyünün yerinə yenisi vurulmadığı üçün sakinlər çətin vəziyyətlə qarşılaşıblar. Belə ki, bu son günlər aramsız yağan yağış sularının evlərə dolmasına səbəb olub. 

Müraciətdə binanın dam örtüyünün sökülməsi tapşırığının Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tərəfindən verildiyi bildirilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzuya yenidən qayıdacağıq. 

OXŞAR XƏBƏRLƏR