Xaçmazda keçmiş məhkum qətlə yetirilib

KRİMİNAL
15:48 02.11.2023
733
Noyabrın 2-i saat 11 radələrində Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AZXEBER.COM-a bildirilib ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda araşdırmalar aparılır.

Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR